İcra başçıları 100 minlik maşında gəzəcəklər
20 Fevral 2013 Çərşənbə 08:20
BMW-lərin artıq ölkəyə gətirildiyi bildirilir.
Yaxın günlərdə Azərbaycanın rayon şəhər icra hakimiyyəti başçılarına yeni avtomobillər veriləcək. Bununla bağlı “Bizim Yol”a daxil olan məlumatda qeyd olunur ki, icra başçılarına Almaniya istehsalı olan son model BMW-lər paylanacaq.
Dəyəri 100 min manatdan baha olan avtomobillərin artıq ölkəyə gətirildiyi bildirilir. Məlumata görə, icra başçıları hazırda xidmətlərində olan xidməti maşınlarını birinci müavinlərinə verəcəklər.
DOSTLARINLA PAYLAŞ: