Hüseyn Abdullayev yeni vəkil tutub
10 İyul 2013 Çərşənbə 00:29
Hüseyn Abdullayev yeni vəkil tutub. Hemin vekil hazırda işle tanış olur ve yaxın bir-iki güne geniş açıqlama verecek.
Hüseyn Abdullayevin hüquqlarını Avropa Məhkəməsində qoruyan vəkil Aslan İsmayılov “Azadlıq”ın sorğusuna cavab olaraq deyib ki, müdafiə etdiyi şəxs artıq yeni vəkillə müqavilə bağlayıb. ANS PRESS-in məlumatına görə, həmin vəkil hazırda işlə tanış olur və yaxın bir-iki günə geniş açıqlama verəcək.
“Hələlik bəlli olan baş verənlərin kobud qanun pozuntuları, fikrinə görə insanın və onun yaşlı valideynlərinin, yaxınlarının təqib olunmasıdır. Bəzi iqtidara yaxınlığı ilə seçilən mətbu orqanları, guya Hüseyn Abdullayev dövlət çevrilişi hazırlayır tipli yazıları ilə onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirirlər. Heç kim sual vermək istəmir ki, əgər əməllərində qanun pozuntuları var idisə, niyə Hüseyn Abdullayev hakimiyyəti tənqid edənə qədər haqqında qanuni tədbirlər görülmürdü? Nə üçün hər hakimiyyətin əleyhinə danışan dərhal ya vergidən yayınan, ya narkoman, ya da partlayıcı maddələr üzrə mütəxəssis olur?", - deyə Aslan İsmayılov qeyd edib.
Vəkil siyasi baxışlarına görə insanların yaşlı valideynlərinə, azyaşlı uşaqlarına basqın etməyin həm qanunsuz, həm də əxlaqa sığmayan hərəkət olduğunu vurğulayıb. Aslan İsmayılov hüquq mühafizə orqanlarını, xüsusən, seçki ilində siyasi proseslərə qarışmamağa çağırır və bu cür halların həm cəmiyyət, həm də onların özü üçün çox pis nəticələrə gətirəcəyini bildirir. Vəkil hesab edir ki, bu günə qədər olan siyasi təqiblər davam etsə, ölkədə fəlakət qaçılmaz olacaq.
DOSTLARINLA PAYLAŞ: