Herbi Prokurorluqda kadr deyişikliyi
10 İyun 2013 Bazar Ertəsi 13:38
İstintaqa Nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Cəfər Cəfərov tutduğu vəzifədən azad edilib.
Respublika Hərbi Prokurorluğunda kadr dəyişikliyi həyata keçirilib. Bu barədə "virtuaz.org" saytı məlumat verib.

Saytın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, qurumun İstintaqa Nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Cəfər Cəfərov tutduğu vəzifədən azad edilib:

"Onun vəzifəsindən hansı səbəbdən çıxarılmasını öyrənmək üçün Hərbi Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxladıq. Şöbə rəisinin tutduğu vəzifədən azad olunması faktını edən xidmət əməkdaşı əlavə hər hansı bir məlumat vermədi.

Bizə xəbər verən mənbə isə bu vəzifəyə hələ yeni təyinatın olmadığını bildirdi.

Xatırladaq ki, bir neçə gün əvvəl virtualaz.org saytında (http://virtualaz.org/bugun/357 ) Müdafiə Nazirliyinin Tərtərdəki hərbi hissələrinin birində yeganə oğlunu itirmiş əsgər atası Bahadur Sultanovun Respublika Hərbi Prokurorluğundan şikayət məktubu dərc edilmişdi. Sabunçu rayonu, Maştağa kənd sakini olan şəhid atası məhz Respublika Hərbi Prokurorluğunun istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Cəfər Cəfərovdan şikayətçi idi".


DOSTLARINLA PAYLAŞ:

oyunlar