Herbi parad harada keçirilecek?
05 İyun 2013 Çərşənbə 10:13
Hər il iyunun 26-da keçirilən ənənəvi hərbi paradın yerinin dəyişdiriləcəyi barədə şayiələr yayılıb.
Facebook sosial şəbəkəsində yayılan məlumata görə, iyunun 26-da Bakının Azadlıq meydanında keçirilməsi planlaşdırılan hərbi parad təxirə salınıb. Buna səbəb Azadlıq meydanının altında dayanacağın olmasıdır. Sosial şəbəkədə yayılan məlumatda daha sonra bildirilir ki, hərbi parad Sanqaçalda keçiriləcək.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ANS PRESS-ə bildirdi ki, bu xəbər həqiqətə uyğun deyil: "Hər il ənənəvi olaraq keçirilən paradın yerinin dəyişdirilməsi haqda məlumat verilməyib. Belə bir qərar olacağı təqdirdə biz açıqlama verəcəyik".


DOSTLARINLA PAYLAŞ:

oyunlar