Ölkə

Həbsxanaya telefon keçirmək cəhdinin qarşısı alınıb

Sovqatın içində 2 mobil telefon və onlara aid elektrik qidalandırıcıları aşkarlanıb.

· Xəbərçi
Həbsxanaya telefon keçirmək cəhdinin qarşısı alınıb
Ədliyyə Nazirliyi Penitensiar xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. 10 fevral 2013-cü il tarixində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 31 yaşlı, cinayət məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abbasov Vasif Tahir oğlunun yanına qısamüddətli görüşə gəlmiş qohumu Rzayeva Almas Arif qızının gətirdiyi sovqata baxış keçirilən zaman boz rəngli çantanın cibində gizlədilmiş iki ədəd mobil telefon aparatı və hər iki mobil telefonlar üçün elektrik qidalandırıcıları aşkar edilərək götürülüb. Fakt üzrə araşdırmalara başlanılıb.

Şərhlər