Hakan Şükür Bakıda dua edir
30 Aprel 2013 Çərşənbə Axşamı 23:42
Türkiyə futbolunun tanınmış simaları Fəxri Xiyaban və Şəhidlər Xiyabanında olublar.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçiriləcək beynəlxalq yoldaşlıq oyunu ilə əlaqədar Bakıda səfərdə olan Türkiyə futbolunun tanınmış nümayəndələri Hakan Şükür, Rüştü Rəncbər və Abdullah Avcı, həmçinin AFFA-nın və "Bakı" Futbol Klubunun rəhbərliyi bu gün Fəxri Xiyabana gedib.
ANS PRESS-in məlumatına görə, türkiyəli qonaqlar Heydər Əliyevin məzarını ziyarət edib, abidəsinin önünə əklil qoyublar. Sonra onlar Şəhidlər Xiyabanına yola düşüb, burada 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin məzarına gül dəstələri qoyub, habelə ötən əsrin əvvəllərində Bakının işğaldan azad olunması uğrunda canından keçmiş türk əsgərlərinin xatirə kompleksini ziyarət ediblər.
DOSTLARINLA PAYLAŞ: