Hafiz Hacıyev şexsiyyet vesiqesini evde unutdu
09 Oktyabr 2013 Çərşənbə 12:40
Yarım saatdan sonra yeniden menteqeye qayıdan prezidentliye namized Hafiz Hacıyev sesvermede iştirak edib.
8 saylı Binəqədi Birinci Seçki Dairəsi 31 saylı seçki məntəqəsində (135 saylı orta məktəb) səsverməyə qatılan prezidentliyə namizəd Hafiz Hacıyev çətin durumu düşüb.

Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, səs vermək üçün bülleten alarkən, onun şəxsiyyət vəsiqəsinin üstündə olmadığı aydın olub. Hafiz Hacıyev pasportunu avtomobildə unutduğunu bildirib. O, köməkçisini şəxsiyyət vəsiqəsini gətirmək üçün göndərsə də, bir neçə dəqiqədən sonra Hafiz Hacıyevin məntəqəyə gələrkən şəxsiyyət vəsiqəsini unudub evdə qoyduğu məlum olub.

Yarım saatdan sonra yenidən məntəqəyə qayıdan Hafiz Hacıyev səsvermədə iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar