Hacıbala Abutalıbova sərt cavab
10 May 2013 Cümə 15:49
Bu cür davranış və ifadələri nəinki Bakı merinə, heç kimə yaraşdırmıram.
Millət vəkili Qənirə Paşayeva Bakı meri Hacıbala Abutalıbovun jurnalistlərə qarşı son rəftarı və işlətdiyi ifadələrə münasibət bildirib. ANS PRESS-in verdiyi xəbərə görə, buna çox mənfi münasibət göstərdiyini deyən parlamentari belə ifadələri nəinki Bakı merinə, heç kəsə yaraşdırmadığını bildirib:

"Əgər gerçəkdən də Hacıbala müəllim belə bir ifadə işlədibsə, sizcə jurnalist kökənli bir millət vəkili olaraq buna necə münasibətim ola bilər? Təbii ki, mənfi. Çox təssüf edirəm. Amma təkcə bir millət vəkili, bir jurnalist kimi deyil, həm də sadə bir vətəndaş kimi. Bu cür davranış və ifadələri nəinki Bakı merinə, heç kimə yaraşdırmıram. Ümid edirəm ki, Hacıbala müəllim də bu cür addımların cəmiyyətdə doğurduğu reaksiyanı da nəzərə alaraq bir daha bu kimi hallara yol verməyəcək".


DOSTLARINLA PAYLAŞ:

oyunlar