“Sabiq millət vəkili Gülər Əhmədovanın səhhəti nəzarət altındadır. Onun heç bir ciddi narahatlığı yoxdur”. Bunu Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəisi Rəfael Mehdiyev APA-ya açıqlamasında deyib. Həbsdə olan Gülər Əhmədovanın səhhətində ciddi problem olması barədə verilən məlumatlara münasibət bildirən R. Mehdiyev onun hər hansı tibbi müdaxiləyə ehtiyacının olmadığını açıqlayıb:
“Əgər hər hansı tibbi müdaxiləyə ehtiyac duyularsa, nə lazımdırsa ediləcək. Hazırda onun hər hansı tibb müəssisəsinə köçürülməsinə gərək yoxdur”.
Güler Ehmedova hebsxanada qalacaq
Rəfael Mehdiyev: Onun hər hansı tibb müəssisəsinə köçürülməsinə gərək yoxdur.




Şərhlər