Gömrükçülər Azərbaycana qanunsuz yolla gətirilən müxtəlif markalı mobil telefonlar aşkar ediblər. ANS PRESS-in Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Oruc Əhmədovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Baxış zamanı həmin nəqliyyat vasitəsinin mühərrik yerində 10 ədəd "Nokia 206", 7 ədəd "Samsung Galaxy Y Duos" və 4 ədəd "Samsung Galaxy S Duos" markalı mobil telefonlar, sürücünün oturacağının üstündəki döşəkçənin içərisindən isə 16 ədəd müxtəlif markalı mobil telefonlara aid karton qutular aşkar edilib.
Gömrükde mobil telefonlar müsadire olundu
Mobil telefonlar ölkeye qanunsuz yolla getirilibmiş.




Şərhlər