General Aydın Əliyev vətəndaşlarla görüşəcək
27 Oktyabr 2014 Bazar Ertəsi 15:41
General Aydın Əliyev Şəmkir, Gədəbəy, Samux rayonunun sakinlərinin müraciətləri dinləyəcək.
Dövlət Gömrük Komitəsinin sədri General Aydın Əliyev vətəndaşlarla görüşəcək.
ANS PRESS-in Dövlət Gömrük Komitəsinə istinadla verdiyi məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq komitə sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 31-də saat 10:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 5) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bölgədə yerləşən rayonların - Şəmkir, Gədəbəy, Samux rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
DOSTLARINLA PAYLAŞ: