Gənclərin ilk Liderlik Forumu keçiriləcək
14 Avqust 2012 Çərşənbə Axşamı 13:31
8-11 sentyabr tarixlərində Gəncədə Azərbaycan Gənclərinin I Liderlik Forumu keçiriləcək.
Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Gəncə şəhər İcra Hakimiyyəti, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi və “İRƏLİ” İctimai Birliyininin təşkilatçılığı ilə 8-11 sentyabr tarixlərində Gəncədə Azərbaycan Gənclərinin I Liderlik Forumu keçiriləcək. İctimai Birlikdən “OLAYLAR”-a verilən məlumata görə, bütün ölkədən 200 nəfər fəal gəncin işitrak edəcəyi forumun keçirilməsində əsas məqsəd fəal Azərbaycan gənclərini bir araya toplayaraq onları əhatə edən, eyni zamanda ölkə gündəmində olan məsələlərlə bağlı fikir mübadiləsinin aparılması, real təkliflərin irəli sürülməsi, gənc liderlər arasında işgüzar münasibətlər və əməkdaşlıq layihələrinin artırılması, dövlət və dövlətçiliyimizin inkişafı naminə gənc liderlərin müsbət enerjisindən bəhrələnməkdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar