Gencede zelzele olub
07 Aprel 2013 Bazar 12:00
Gencede zelzele olub. Yeraltı təkanın gücü 4 bal təşkil edib.
Dünən Gəncədə zəlzələ baş verib. ANS PRESS-in AMEA-nın Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkan saat 14.19-da Gəncədən 46 kilometr şimali-qərbdə qeydə alınıb. Zəlzələnin gücü 4 bal təşkil edib. Yeraltı təkan Gəncədə 3 bala qədər hiss olunub. Tikililərdə dağıntılar yoxdur.
DOSTLARINLA PAYLAŞ: