Gəncədə bayram günü fişəng atan şəxs yaralanıb
03 Yanvar 2013 Cümə Axşamı 14:23
Arzu Məmmədov göz nahiyəsindən yanıq xəsarəti alıb.
Gəncədə pirotexnik vasitədən ehtiyatsız istifadə bədbəxt hadisəyə səbəb olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 2-də Gəncə şəhər sakini Arzu Məmmədov göz nahiyəsinin yanıq xəsarəti ilə xəstəxanaya gətirilib. Aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, A.Məmmədov dekabr ayının 31-də yaşadığı binanın qarşısında ehtiyatsızlığı nəticəsində protexniki vasitə olan fişəngin alışması zamanı xəsarət alıb.
DOSTLARINLA PAYLAŞ: