Gənc araşdırmaçı və elm adamları təşkilat yaratdılar
28 Yanvar 2013 Bazar Ertəsi 02:28
Turan Strateji Araşdırmaları Mərkəzinin ilk böyük tədbiri Xocadı soyqırımına həsr olunacaq.
Bir qrup gənc araşdırmaçı və elm adamı tərəfindən Turan Strateji Araşdırmaları Mərkəzinin əsası qoyulmuşdur. Qısaca TURSAM adlanacaq bu təşkilatın sədrliyinə gənc yazar və alim Əhməd Şahidov seçilib. TURSAM sədri Əhməd Şahidov ANS PRESS-ə açıqlamasında bildirib ki, son illər Türkiyə, Şimali Kipr, Qırğızıstan, Qazaxıstan və Cənubi Azərbaycana işgüzar səfərləri zamanı Türk coğrafiyasında tükənməz problemlərin olduğunun şahidi olub və bu problemlərin həlli istiqamətində aparılan işlərə öz töhfəsini vermək qərarına gəlib: “Biz TURSAM təşkilatını yaradarkən qarşımıza konkret məqsədlər qoymuşuq - bütün dünyaya səpələnmiş türklərin tanıdılması, öz milli kimliyini unutmaqda olan Türk insanının yaddaşını təzələmək və babalarımızın bizə bir vəzifə olaraq qoyub getdiyi Böyük Turan ideyasının reallaşması üçün öz fikir və töhfələrimizi vermək. Təşkilatımızın adında da Turan ifadəsinin seçilməsi məhz bu istəkdən irəli gəlir. Düşünürəm ki, yeni yaradılmış Turan Strateji Araşdırmalar Mərkəzi qısa zaman ərzində bütün dünyadakı türklərin milli təşkilatına çevriləcək.”

Heç bir siyasi iddiaları olmayan TURSAM təşkilatının gələcəkdə Azərbaycan da daxil olmaqla, digər Türk Cümhuriyyətlərində silsilə layihələr keçirəcəyini bildirən Əhməd Şahidov ilk böyük tədbirin 26 Fevral Xocalı soyqırımı günü keçiriləcəyini bildirdi: “TURSAM təşkilatı olaraq, biz təkcə Türk coğrafiyasında deyil, habelə qonşu regionlarda, Rusiya, İran, Yaxın Şərq ölkələrində baş verən prosesləri yaxından izləyəcək və mütəmadi olaraq analizlərimizi, fikir və mövqelərimizi ortaya qoyacayıq.”


DOSTLARINLA PAYLAŞ:

oyunlar