Ölkə

Fəxri adlara görə aylıq təqaüdlər artırıldı

Prezident İlham Əliyev bununla bağlı sərəncam verib.

· Xəbərçi
Fəxri adlara görə aylıq təqaüdlər artırıldı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fəxri adlara görə aylıq təqaüdlərin artırılması haqqında sərəncam verib. Sərəncamda deyilir:

Fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2 dəfə artırılaraq “Xalq” fəxri adı üçün 100 (yüz) manat, “Əməkdar” fəxri adı üçün 60 (altmış) manat müəyyən edilsin.

“Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının 1-ci hissəsində “250 min manat” və “150 min manat” sözləri müvafiq olaraq “100 manat” və “60 manat” sözləri ilə əvəz edilsin.

Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Şərhlər