European Tobacco deputatdan alınıb
28 İyun 2013 Cümə 13:45
Rüfət Quliyev European Tobacco rəhbərliyindən uzaqlaşdırılıb.
“İctimai yerlərdə siqaret çəkməyin əleyhinəyəm. Amma bunu Avropadakı formada eləmək olmaz. Axı insan hüquqları deyilən bir şey var. Bunu siqaret istehsalına yaxın olan adam kimi yox, vətəndaş kimi deyirəm. Elə etmək lazımdır ki, siqaret çəkənlərin də hüquqları pozulmasın”.
Bu fikirləri uzun illər “European Tobacco Baku”nun rəhbəri olmuş millət vəkili Rüfət Quliyev ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanundan danışarkən səsləndirib.
Deputat bildirib ki, uzun illər rəhbərlik etdiyi siqaret istehsalı şirkətində indi ictimai əsaslarla fəaliyyət göstərir:
“Mən ora 1999-cu ildə rəhbər təyin olunmuşdum. Rəsmi şəkildə “European Tobacco”nun İdarə Heyətinin sədri olmuşam. İndi məsləhət formasında o işdən uzaqlaşmışam və onlara kömək göstərirəm. Ona görə də həmin şirkətin rəhbəri kimi təqdim olunmağımı istəmirəm”.
Rüfət Quliyev həm rəsmi, həm də qeyri-rəsmi “European Tobacco”nun rəhbərliyindən uzaqlaşdırılıb.
DOSTLARINLA PAYLAŞ: