Ölkə

Ermənilər narahat olublar

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün Soçi görüşündən sonra keçirilməsi iki qat əhəmiyyət qazanıb.

· Xəbərçi
Ermənilər narahat olublar
"Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün Soçi görüşündən sonra keçirilməsi iki qat əhəmiyyət qazanıb".

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın "Jamanak" qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, uzun fasilədən sonra ilk dəfə Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Rusiya olmadan görüşüblər:

"Rusiya Federasiyası NATO-un sammitinə dəvət edilməyib. Bunu isə son zamanlar Qarabağ münaqişəsinin nizama salınması prosesində görünməmiş hal hesab etmək olar. Çünki danışıqlar heç vaxt Rusiyasız baş tutmurdu. Bu dəfə isə ABŞ-ın təşəbbüsü ilə bu baş tutdu. Bu nöqteyi-nəzərdən biz, görünür ki, Qarabağ münaqişəsinin nizama salınması prosesində faktiki olaraq özünəməxsus hadisənin şahidi olduq".

Qeyd edək ki, Uelsdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri arasında üçtərəfli görüş keçirilib.

Şərhlər