Ölkə

Erməni işğalı zamanı dağıdılmış evlər bərpa olunacaq

Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan 6 milyon manat ayrılıb.

· Xəbərçi
Erməni işğalı zamanı dağıdılmış evlər bərpa olunacaq
Azərbaycan prezidenti İlham Əliyev Horadiz şəhərində erməni işğalı zamanı dağıdılmış evlərin bərpasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in xəbərinə görə, Horadiz şəhərində 1398 nəfər üzvü olan 341 ailənin əvvəllər yaşadığı 227 evin və 3 çoxmənzilli binanın bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan 6 milyon manat vəsait ayrılıb.

Şərhlər