Elşad Abdullayev yenə video yaydı
04 Aprel 2013 Cümə Axşamı 02:30
Bu dəfə sabiq rektor Elşad Abdullayevin həmsöhbətləri Mahir Abdullayevi kimin oğurladığını deyirlər.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin oğurlanmış qardaşı Mahir Abdullayevlə bağlı yeni videolar yayılıb. Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi tərəfindən “Azadlıq TV”yə təqdim edilən videoda maraqlı məqamlar yer alıb. E.Abdullayevin kabinetində çəkilən videoda, onun özü, qardaşı Elsəvər Abdullayev, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları olduğu bildirilən Babaşov Natiq Cabbar oğlu və soyadının dəqiqləşdirilməsi mümkün olmayan Sahib (videoda Sahibə Seyid deyilərək müraciət edilir) arasında Mahir Abdullayevin azad edilməsi barədə söhbət gedir. Aparılan danışıqdan məlum olur ki, M. Abdullayev Azərbaycanda saxlanılır. Lakin M. Abdullayevi oğurlayan dəstənin rəhbərliyi Rusiya Federasiyasının Piterburuq şəhərində olur. Natiq Babaşov bir dəfə Peterburuqa səfər edib və növbəti dəfə səfərə getməsi planlaşdırılır.

Videoların 3-cü və 4-cü hissələrində Mahir Abdulayevlə onu saxlayan şəxslər arasındakı davadan söhbət gedir. Eyni zamanda Mahirin səhhəti barədə Elşad və Elsəvər Abdullayevlərə məlumat verilir. Daha sonra M.Abdullayevin oğurlanmasında iştirak edən şəxsin kimliyi acıqlanır. Bu şəxsin M.Abdullayevin tələbəlik dostu, Cəfərov Qulu Əli oğlu olduğu söylənilir. Q.Cəfərovun Gürcüstanın Marneuli rayonu Saral kəndindən olduğu bildirilir.

Söhbətdə iştirak edən Natiq Babaşov Qulu Cəfərovun “TT” markalı silahla gəzdiyini bildirir. N.Babaşov M.Abdullayevin oğurlandıqdan sonra 2 ay Bakıda, daha sonra Rusiyanın Nevnominski şəhərinə aparılaraq 2 ay da orada saxlandığını və yenidən Azərbaycana qaytarıldığını söyləyir.









DOSTLARINLA PAYLAŞ:

oyunlar