Elşad Abdullayev hebs edilecek?
30 Aprel 2013 Çərşənbə Axşamı 10:28
Elşad Abdullayev hebs edilecek? Eldar Sultanov: “Ona Azərbaycana gələrək iş üzrə ifadə verməsi təklif olunub”
“ABU-nun sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin ətrafında maraqlı proseslər başlayıb. Əgər indiyə qədər onun yaydığı videolar və açıqladığı məlumatlar əsasında bu materiallarda adı hallanan şəxsləri həbs edirdilərsə, artıq Abdullayevin özünün həbsinə hazırlıq görülür”. Bu barədə məlumat “Yeni Müsavat”a məlumatlı mənbədən daxil olub. Məlumata görə, Elşad Abdullayev və onun qardaşları barədə materiallar toplanması prosesi gedir: “Abdullayevin həbsinə əsas yarada bilən kifayət qədər material toplanıb və onlar Korrupsiya ilə Mübarizə Komissiyasına, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim edilib. Bunlar Abdullayevin həbsinə kifayət qədər hüquqi baza yaratmaq üçündür. Gülər Əhmədovanın Elşad Abdullayevlə üzləşməsi tələbi də onun beynəlxalq axtarışa verilərək saxlanılması üçün əsas kimi hazırlanır”.

Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Azad Mürsəliyev isə sabiq rektorun həbsinə hazırlıq getməsi ilə bağlı deyilənləri də cəfəngiyyat adlandırıb. Onun sözlərinə görə, ABU fəaliyyətə başlayan gündən E.Abdullayevin həbs olunacağı ilə bağlı xəbərlər yayılır: “Hər dəfə Elşad Abdullayev hər hansı kəskin çıxış edəndə bu şayiələri ortaya atırlar. İndi də şayiələrin kəskin vəziyyət almasının səbəbi budur”.

E.Abdullayevin dindirilməsi ilə bağlı sualları cavanlandıran Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, E.Abdullayevin Azərbaycan prokurorluğu əməkdaşları tərəfindən Fransada guya dindirilməsi barədə məlumatlar düz deyil: “Lakin Abdullayevə Azərbaycana gələrək iş üzrə ifadə verməsi təklif olunub. Bu barədə Abdullayevə və onun nümayəndəsinə rəsmi qaydada bildirilib”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar