Elmar Məmmədyarov kolumbiyalı həmkarı ilə görüşüb
25 İyul 2012 Çərşənbə 16:29
Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.
Xarici işlər naziri Elmar Məmmədyarov və Kolumbiyanın xarici işlər naziri Maria Angela Holguin Cuelların başçılıq etdikləri nümayəndə heyətləri arasında geniş tərkibli görüş keçirilib.

Xarici Işlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş çərçivəsində hər iki tərəfdən olan iş adamları arasında məsləhətləşmələr aparılıb və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.

Sonda nazirlər Elmar Məmmədyarov və Maria Cuellar mətbuat nümayəndələri üçün brifinq keçirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar