Ölkə

Ələt-Astara magistralında hərəkət bərpa olundu

Artıq yolda ağır yüklü nəqliyyat vasitələrinin hərəkəti mümkündür.

· Xəbərçi
Ələt-Astara magistralında hərəkət bərpa olundu
Ələt-Astara magistralı yolunda dağılan körpünün ətrafında martın 4-də saat 21:30 radələrindən etibarən ağır yüklü maşınların hərəkəti üçün salınan müvəqqəti yolda işlər başa çatdırılıb. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, artıq yolda ağır yüklü nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

P.Mürsəliyev bildirib ki, bu gün səhər saatlarından etibarən köhnə körpünün dəmir beton konstruksiyalarının söküntüsü işlərinə başlanılıb. Onun sözlərinə görə, köhnə körpü söküləndən sonra, yeni körpü 2-3 ay ərzində tikiləcək.

Qeyd edək ki, martın 4-də gecə 02:00-03:00 radələrində ağırtonnajlı avtomobillərin hərəkəti nəticəsində Ələt-Astara magistralı yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki körpünün aşırım tirləri qırılıb. Hadisə baş verəndən sonra minik avtomobilləri üçün alternativ yol verilib.

Körpü 1964-cü ildə inşa edilib. Körpünün uzunluğu 47,9 metr, qabariti isə 9,3 metrdir.

Şərhlər