Elektron ticaret ile elaqeli qanunlar deyişdirilecek
07 İyul 2013 Bazar 14:28
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bununla bağlı layihə hazırlayıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən Azərbaycanda elektron ticarətin təşviqi və inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hazırda ölkə qanunvericiliyində bu sahədə mövcud olan bəzi çatışmazlıqların aradan qaldırılması məqsədilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) “Azərbaycanda rəqabətlilik və ticarət (ART)” layihəsi ilə birlikdə Azərbaycanın elektron ticarətlə bağlı qanunvericilik aktlarına dəyişikliklərin edilməsinə dair təkliflər paketi hazırlanıb. Yaxın vaxtlarda həmin layihə əlaqədar dövlət orqanlarına təqdim olunacaq.

Qanun layihəsinin hazırlanmasında rəy və təkliflər nəzərə alınaraq təkmilləşdirmə aparılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar