Eldar İbrahimov və Hikmət Mirzəyev təltif edilib
11 Mart 2015 Çərşənbə 19:02
Sərəncama əsasən Eldar İbrahimov Şərəf ordeni ilə, Hikmət Mirzəyev Əməkdar hüquqşünas fəxri adı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyev Eldar İbrahimovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eldar Rza oğlu İbrahimov “Şərəf” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, Eldar İbrahimov Milli Məclisin Aqrar siyasət komitəsinin sədridir.
Prezidentin digər sərəncamı ilə Hikmət Mirzəyevə “Əməkdar hüquqşünas” fəxri adı verilib.
Sərəncamda deyilir ki, məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hikmət Abbas oğlu Mirzəyevə “Əməkdar hüquqşünas” fəxri adı verilsin.
Qeyd edək ki, Hikmət Mirzəyev Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, məhkəmənin İnzibati-iqtisadi kollegiyasının sədridir.
DOSTLARINLA PAYLAŞ: