Ölkə

Əfv komissiyası hazırladığı siyahını prezidentə təqdim edib

Əfv fərmanının 31 dekabra kimi imzalanacağı gözlənilir.

· Xəbərçi
Əfv komissiyası hazırladığı siyahını prezidentə təqdim edib
Azərbaycan Respublikasının Prezidenti Yanında Əfv Məsələləri Komissiyasının iclasları başa çatıb. Bu barədə komissiyanın üzvü, millət vəkili Azay Quliyev məlumat verib. Onun sözlərinə görə, komissiya artıq işlərini yekunlaşdırıb və müvafiq siyahı hazırlanaraq Azərbaycan prezidentinə təqdim olunub.

Qeyd edək ki, əfv fərmanının 31 dekabr, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə qədər imzalanacağı gözlənilir.
Xatırladaq ki, sonuncu əfv fərmanı mart ayında, Novruz bayramı münasibətilə imzalanmışdı.



Şərhlər