İyulun 22-də Mətbuat Şurası Ali Media Mükafatını təqdim edəcək. “Media forum” saytına danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov belə deyib.
Hər il Azərbaycan Jurnalistikası Günü ərəfəsində təqdim edilən Ali Media Mükafatını 2010-cu ilin iyununda Mətbuat Şurası təsis edib. Laureatlar şuranın diplomu və İdarə Heyətinin nominasiyalar üçün müəyyənləşdirdiyi pul mükafatları ilə təltif olunurlar.
Əflatun Amaşov “Media forum” saytına deyib ki, hazırda təşkilatı məsələlərlə məşğul olurlar: “Nominasiyalar üzrə qalibləri seçirik. Qaliblər iyulun 22-də mükafatlandırılacaq. Birinci yer üçün bir nəfər, ikinci yer üçün üç yer, üçüncü yer üçün isə beş qalibin seçilməsi nəzərdə tutulur”.
Eflatun Amaşov mükafat verecek
Birinci yer üçün bir nəfər, ikinci yer üçün üç yer, üçüncü yer üçün isə beş qalibin seçilməsi nəzərdə tutulur.




Şərhlər