Dövlet qoruğunda narkotika plantasiyası
10 Avqust 2013 Şənbə 18:31
Bu gün Zaqatala Dövlet Tebiet Qoruğunun erazisinde növbeti reyd keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən meşələrin qorunub mühafizə olunmasına nəzarətin gücləndirilməsi məqsədilə bu gün Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti reyd keçirilib.

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, reyd zamanı qoruğun ərazisində Baldırğanıq adlanan sahənin 7 yerində naməlum şəxslər tərəfindən qanunsuz olaraq 147 çətənə kolunun əkilib-becərilməsi və onlara aqrotexniki qaydada qulluq göstərməsi faktı aşkar edilib. Həmin sahədə bir ədəd çadır, bir ədəd qaz balonu, yataq ləvazimatı və suvarma üçün boru da tapılıb.

Faktla bağlı ETSN-in əməkdaşları dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumuna məlumat veriblər. Hazırda araşdırma aparılır.

ETSN-nin əməkdaşları tərəfindən reydlər davam etdirilir.

Xatırladaq ki, avqustun 7-də də ETSN əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində keçirilən reyd zamanı, Arılıq meşəsinin Sarıçay sahilində naməlum şəxslər tərəfindən qanunsuz olaraq kol-kosdan təmizlənmiş 16 m2 sahədə tərkibində narkotik maddələr olan 1-3,5 metr hündürlüyündə 29 ədəd çətənə bitkisinin əkilib becərilməsi və onlara aqrotexniki qulluq edilməsi faktı aşkar olunub. Faktla bağlı dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumuna məlumat verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar