Dönərlərlə bağlı yoxlamalar başlayır
31 İyul 2013 Çərşənbə 15:50
Son vaxtlar müxtəlif heyvan ətlərinin satılması faktlarının aşkarlanması da bu yoxlamaları zəruri edir.
Yaxın günlərdə Bakıda dönər satılan obyektlərdə yoxlamalar başlanacaq. Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev söyləyib.

İmran Abdullayev deyib ki, son vaxtlar müxtəlif heyvan ətlərinin satılması faktlarının aşkarlanması da bu yoxlamaları zəruri edir: “Dönərlə bağlı çoxlu sayda müəssisələri cərimə etmişik. Ancaq bəzi dönər sahələrinin VÖEN-i yoxdur, bir yerdən çıxarırsan, başqa yerdə fəaliyyət göstərir. Yaxud da başqa VÖEN-lə işləyirlər. Belə məqamlar bu sahəyə nəzarətdə problemlər yaradır. Bütün bunlara baxmayaraq, yaxın günlərdə dönərlə bağlı yoxlamalara başlayacağıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar