Dindarların mehkemesine vekil tapılmır
01 Avqust 2013 Cümə Axşamı 17:17
Masallı dindarlarının Şirvan Apellyasiya Mehkemesine verdiyi şikayete 1 avqust baxışı texire düşüb.
 “Media forum” bildirir ki, proses vəkillərin məhkəməyə gedə bilməməsinə görə başqa vaxta saxlanıb.

Dindarlar ötən il sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutulublar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin aprelin 5-də çıxardığı hökmlə jurnalist Araz Quliyev 8, Xalid Kazımov 8, Ziya Tahirov 7, Rza Ağalı 7, Surac Ağayev 5, Nicat Əliyev və Namiq Kişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar