Dindarlar Nardaranı şəhərin mərkəzinə dəyişdilər
05 Aprel 2013 Cümə 16:58
Nizami metrosunun yaxınlığında həbs olunan ilahiyyatçı Hacı Talehin həbsinə etiraz olaraq aksiya keçirilib.
Nardaranda bu gün planlaşdırılan aksiya təxirə salınıb. ANS PRESS-in “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, qəsəbəyə bütün girişlər və mərkəzi meydan nəzarət altına alınıb.
Eyni vaxtda isə Bakının mərkəzində, Nizami metrosunun yaxınlığında həbs olunan ilahiyyatçı Hacı Talehin həbsinə etiraz olaraq aksiya keçirilib. Əllərində plakatlar tutan etirazçılar “Hicaba azadlıq”, “Talehə azadlıq” şüarları səsləndiriblər.
Xatırladaq ki, Daxili Işlər Nazirliyi rəsmi məlumat yayaraq bildirmişdi ki, Sabunçu Rayon Polis Idarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindəki “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Tale Bağırzadədən isə 1,026 qram heroin götürülüb.
Ilahiyyatçı haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi başlanıb.
DOSTLARINLA PAYLAŞ: