Dermanlar bütün apteklerde eyni qiymete satılacaq?
20 Aprel 2013 Şənbə 11:10
Yaxın vaxtlarda ölkədə bütün apteklərdə satılan dərmanlar üçün vahid qiymət siyasətinin tətbiqi nəzərdə tutulur.
Dərmanların qiymətinə vahid qiymət siyasəti, dərmanlar Tarif Şurası tərəfindən tənzimlənən mallar siyahısına əlavə edildikdən sonra tətbiq ediləcək. Tarif Şurasından ANS PRESS-ə verilən məlumata görə, hələ ki, dərmanlar Şura tərəfindən qiyməti tənzimlənən malların siyahısında deyil.
Odur ki, bizim hazırki durumda dərmanların qiymətini tənzimləməyə səlahiyyətimiz yoxdur. Dərmanların qiyməti, ölkə prezidentinin "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərmanına uyğun olaraq Nazirlər Kabineti (NK) tərəfindən təkliflər hazırlandıqdan sonra tənzimlənəcək.
Bu fərmanla NK iki ay müddətində dərman vasitələrinin qiymətləri və onların ekspertizasının tarifləri ilə bağlı yeni tənzimləmə mexanizminə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Qeyd edək ki, yaxın vaxtlarda ölkədə bütün apteklərdə satılan dərmanlar üçün vahid qiymət siyasətinin tətbiqi nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: