Ölkə

Deputat kömekçisinin hebsi

Eldar Sultanov: Bu məlumatlar tərəfimizdən təkzib olunur.

· Xəbərçi
Deputat kömekçisinin hebsi
Baş Prokurorluq millət vəkili Etibar Hüseynovun köməkçisinin həbs edilməsi barədə mətbuatda yayılan informasiyalara münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, bu barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bu məlumatlar tərəfimizdən təkzib olunur”.

Qeyd edək ki, bu gün bəzi KİV-də deputat Etibar Hüseynovun köməkçisi İlqar adlı şəxsin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi barədə məlumatlar yayılıb.

Şərhlər