Fuad Muradov gəncləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi etməyi təklif edir.
Milli Məclisin deputatı və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov növbəti dəfə "Facebook" sosial şəbəkəsindəki şəxsi səhifəsi və "Twitter" hesabı üzrə dostları ilə görüş keçirəcək. ANS PRESS-in deputatın "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, görüş daha yaxından tanış olmaq, mövcud əlaqələri inkişaf etdirmək, ölkədə aktual olan mövzular ətrafında gənclərlə müzakirələr aparmaq, gəncləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi etmək, onların fikir və təkliflərini dinləmək məqsədi daşıyır.
Görüşün daha səmərəli və effektiv keçirilməsi üçün görüşdə iştirak etmək istəyənlərdən aşağıdakı qeydiyyat formasını dolduraraq, 7 aprel 2013-cü il tarixədək
[email protected]e-mail ünvanına göndərmələri xahiş olunur.
Görüşün keçirilmə yeri və vaxtı barədə əvvəlcədən məlumat veriləcək.