Demir yolunda relsler deyişdirilib
03 Avqust 2013 Şənbə 11:36
Bakı-Böyük Kesik istiqametinde 262,6 kilometr yol esaslı temir olunub.
Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinən verilən məlumata görə, avqustun 3-də Biləcəri stansiyasında 1100 metr yolun əsaslı təmirinə başlanılacaq və iki gün davam edəcək. Bununla da dəmiryolun Bakı-Biləcəri sahəsində iyulun 13-də startı verilmiş 9 kilometr yolun əsaslı təmiri başa çatacaq.

Əsaslı təmir işlərini QSC-nin "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun sözlərinə görə, "Azərbaycan Respublikasında dəmiryol nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, bu günə kimi 262,6 kilometr yol əsaslı təmir olunub, bunun da 191 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar