Daxili Qoşunların hərbi qulluqçuları təltif edildi
14 Mart 2013 Cümə Axşamı 08:06
Perzident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 21-ci ildönümü ilə əlaqədar olaraq, öz xidməti vəzifələrini yerinə yetirərkən göstərdikləri igidliyə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıdakı hərbi qulluqçular təltif ediliblər:

"İgidliyə görə" medalı ilə:

Kərimov Çingizxan Cümşüd oğlu - leytenant (ölümündən sonra)
Yusifov Camaləddin İslam oğlu - əsgər (ölümündən sonra)

"Hərbi xidmətlərə görə" medalı ilə:

Xəlilov Şirin Heydər oğlu - general-mayor
Babayev Sahib Xudaverdi oğlu - polkovnik
Eyvazov Xaliq Rəşid oğlu - polkovnik
Aslanov Emin Vahid oğlu - polkovnik-leytenant
Hümmətov Təvəkkül Nəriman oğlu - polkovnik-leytenant
Quliyev Elvin Nəriman oğlu - polkovnik-leytenant
Məhərrəmov Kamran Musa oğlu - polkovnik-leytenant
Gözəlov İlkin Şakir oğlu - mayor
Həsənov Telman Əjdər oğlu - mayor
Məmmədov Fariz Azad oğlu - mayor
Mürsəlov Sahib Təmraz oğlu - mayor
Məmmədov Əli Vaqif oğlu - baş leytenant
Səfərov Mahir Nəriman oğlu - baş leytenant


DOSTLARINLA PAYLAŞ:

oyunlar