Ölkə

Cerimelerin 25 faizi hekimlerin maaşına elave edilecek

Ehalinin sağlamlığının qorunması haqqında qanuna elaveler müzakire edilib.

· Xəbərçi
Cerimelerin 25 faizi hekimlerin maaşına elave edilecek
Milli Məclisin Sosial Siyasət komitəsinin bu gün keçirilən iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihəsinə əlavələr layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə İqtisadi Siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, layihə Azərbaycan prezidenti tərəfindən təqdim olunub. ANS PRESS-in verdiyi məlumata görə, bu layihə tibb sahəsində çalışanların sosial maddi rifahının gücləndirilməsinə xidmət edir.
Qanunun 56-cı maddəsinə edilən əlavəyə görə, səhiyyə sahəsində tətbiq olunan cərimələrdən gələn gəlirlərin 25 faizi həkimlərin məvaciblərinə əlavə olunacaq. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Şərhlər