Mərkəzi ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Bakıdakı daimi nümayəndəliyində yeni təyinat olub.
Türkdilli dövlətlərin diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilmiş əməkdaşlıq forumunda iştirak edən BAK-ın sədri Sahil Qasımovun qərarına əsasən, Cəmil Rüstəmxanlı qurumun Bakıdakı səlahiyyətli nümayəndəsi təyin edilib.
C. Rüstəmxanlı diaspor məsələlərində müəyyən təcrübəyə malikdir. O, bir müddət diaspor təşkilatlarında fəaliyyət göstərib.
Qeyd edək ki, Cəmil Rüstəmxanlı Azərbaycanın tanınmış şair-yazıçısı, millət vəkili Sabir Rüstəmxanlının oğludur.
Cemil Rüstemxanlı vezife aldı
Cemil Rüstemxanlı BAK-ın Bakıdakı selahiyyetli nümayendesi teyin edilib.




Şərhlər