Cemil Quliyev kimdir?
23 Aprel 2013 Çərşənbə Axşamı 13:23
İTV-in yeni direktoru Cemil Quliyev Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirib.
İTV-nin yeni baş direktoru kimdir? ANS PRESS-in məlumatına görə, Cəmil Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirib. 1984-cü ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor kimi çalışıb.

Bir neçə bədii, sənədli, qısametrajlı bədii filmin, “Mozalan” satirik jurnalının bədii süjetlərinin müəllifidir. Quruluş verdiyi filmlər bir neçə xarici festivalda iştirak edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimidir. Cəmil Quliyev Dövlət Film Fondunun direktoru vəzifəsində çalışıb. 2011-ci ilin fevralında “Mədəniyyət” kanalının baş direktoru təyin olunub.

Professor Elşad Quliyevin oğludur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar