Bulla deniz yatağındakı yanğından yeni görüntülər
09 Sentyabr 2013 Bazar Ertəsi 19:24
Bulla deniz yatağındakı yanğından yeni görüntülər. Görüntülərdə alovlarla mübarizə də əksini tapıb.
Azərbaycanın “Bulla dəniz" yatağında baş vermiş yanğının görüntüləri yayılıb. Görüntülərdə yanğının söndürülməsi üçün aparılan işlər də əksini tapıb.

Qeyd edək ki, yataqda yanğın avqustun 17-də başlayıb. Azərbaycan Dövlət Neft Şirkətinin yaydığı məlumatına görə, 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq, quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Hazırda da yanğının söndürülməsi istiqamətində Dövlət Neft Şirkətinin mütəxəssisləri iş aparırlar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar