Bu il Kür çayının səviyyəsi sabit qalacaq
02 Aprel 2013 Çərşənbə Axşamı 19:13
Azərbaycan, Gürcüstan və Türkiyənin sərhəd dağlarında qar ehtiyatı ötən illərlə müqayisədə azdır.


Bu il havaların mülayim keçdiyindən çaylarda gursululuq dövrü daha tez başlayıb. Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, sululuğun normadan yüksək olması xüsusən Lənkəran-Astara zonası çaylarında müşahidə olunur. Qarın əriməsi ilə əlaqədar Böyük Qafqazın və Kiçik Qafqazın dağlıq ərazilərindəki çaylarında suyu artıb. Bu səbəbdən yaz aylarında dağ çaylarında qısa daşqınların olacağı istisna edilmir.

Qeyd edək ki, respublika çaylarında sululuğun səviyyəsini pronozlaşdırmaq üçün hər il dağlarda qarölçmə işləri aparılır. Bu il martin 1-dən 19-a qədər Böyük və Kiçik Qafqaz dağlarında aparılan monitroniqlər zamanı aydın olub ki, həm Azərbaycan, həm də Gürcüstan və Türkiyənin sərhəd dağlarında qar ehtiyatı ötən illərlə müqayisədə azdır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar