Bu gündən Azərbaycanda hava şəraiti dəyişəcək
08 Noyabr 2012 Cümə Axşamı 03:43
Güclənən şimal küləyi havanın temperaturunun aşağı enməsinə səbəb olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, havanın temperaturu gecə 12-15, gündüz 16-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, günün ikinci yarısında əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Gün ərzində güclənən şimal küləyi havanın temperaturunun aşağı enməsinə səbəb olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar