Ölkə

Bu gün Milli Məclisin iclası olacaq

Parlamentdə bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.

· Xəbərçi
Bu gün Milli Məclisin iclası olacaq
Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. İclasın gündəliyinə ümumilikdə 9 məsələ daxil edilib.

İclasda əvvəlcə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək. Sonra “İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” və “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihələrinə baxılacaq.

Deputatlar, həmçinin “Dövlət rüsumu haqqında”, “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara, eləcə də Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edəcəklər.

Şərhlər