Ölkə

Bir qrup rütbeli dövlet memurlarının maaşları artdı

Azerbaycan Respublikasının Prezidenti İlham Eliyev bunula bağlı serencamlar verib.

· Xəbərçi
Bir qrup rütbeli dövlet memurlarının maaşları artdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Dövlət Gömrük Komitəsinin və Dövlət Feldyeger Xidmətinin işçilərinin maaşlarını artırılıb. Sərəncamlarda ayrı-ayrılıqda deyilir:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 10 faiz artırılsın.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 10 faiz artırılsın.

Sərəncamlar 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Şərhlər