Bilesuvar rayonuna 2 milyon manat ayrıldı
10 Avqust 2013 Şənbə 17:24
İlham Eliyev Bilesuvar rayonunun sosial-iqtisadi inkişafının süretlendirilmesine dair elave tedbirler haqqında serencam imzalayıb.
Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, sərəncama əsasən, on üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılması nəzərdə tutulub.
Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
DOSTLARINLA PAYLAŞ: