Ölkə

Bextiyar Hacıyev saxlanılıb

Bextiyar Hacıyev polisin reyd apardığı erazide qanunsuz çekiliş apararken tutulub.

· Xəbərçi
Bextiyar Hacıyev saxlanılıb
Bəxtiyar Hacıyevin polis tərəfindən saxlanılıb. Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən APA-ya Bəxtiyar Hacıyevin hazırda bölmədə saxlanıldığı bildirilib.

Qeyd edilib ki, B. Hacıyevi bölməyə Post Patrul Xidməti bölüyünün əməkdaşları gətiriblər: “Post Patrul Xidməti əməkdaşları piyada keçidindən istifadə etməyən şəxslərə qarşı tədbir görərkən Bəxtiyar Hacıyev həmin ərazidə qanunsuz çəkiliş aparıb. Çəkilişin hansı məqsədlə aparılmasını müəyyən etmək üçün o polis bölməsinə dəvət edilib. Araşdırma başa çatandan sonra həmin şəxs sərbəst buraxılacaq”.

Qeyd edək ki, B.Hacıyev polis tərəfindən saxlanılması barədə öz “Facebook” səhifəsində status yayıb.

Şərhlər