Bazar günü yağış və qar proqnozlaşdırılır
23 Mart 2013 Şənbə 12:26
Ölkə ərazisində yağış və qar proqnozlaşdırılır.
İstirahət günü ölkə ərazisində yağmurlu hava gözlənilir. Bakıda və Abşeronda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi və arabir yağış yağacağı proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın ANS PRESS-ə bildirdiyinə görə, gecə və səhər bəzi yerlərdə duman olacağı, arabir külək əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacaq.

Martın 24-də respublikanın bölgələrində havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti müşahidə olunacaq.

Martın 24-də arabir güclənən xəzri küləyi fonunda təzyiqin yüksəlməsi əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar