Bayram günü qiymət artırmaq baha başa gəldi
21 Mart 2013 Cümə Axşamı 10:49
Avtovağzal rəhbərliyi iki sürücünü cəzalandırıb.
Bayram günlərində bölgələrə üz tutanların sayı artıb. Hər kəs mənzil başına vaxtında və tez çatmaq istəyir. Bu səbəbdən avtovağzalda sərnişin sıxlığı yaranıb.
Bilet alıb tez yerlərini tutmaq istəyən sərnişinlər arzularına tez çata bilməyəndə əsəbləşirdilər.
Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev deyir ki, bayram günlərində sərnişin sıxlığı həmişə olub, bunu nəzərə alıb xətdə yeni avtobus və mikroavtobus buraxılıb.
Növbə rəisi bundan əlavə süni artımına da nəzarət etmək üçün qurumda 8 nəfərdən ibarət komissiya yaradıldığını qeyd edib. Onun sözlərinə görə, artıq süni qiymət artımına cəhd göstərən 2 avtobus sürücüsü işdən kənarlaşdırılıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar