Zakir Qaralov iyulun 12-de Şekide vetendaşları qebul edecek.
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Şəkidə vətəndaşları qəbul edəcək. ANS PRESS-in məlumatına görə, iyulun 12-də saat 11:00-da Şəki rayon prokurorluğunun inzibati binasında Şəki, Qax, Qəbələ, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcək. Qəbula yazılmaq istəyənlərin qeydiyyatı və Şəki şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və
[email protected], elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.