Ölkə

Balıq artırılmasına 1,9 milyon manat ayrılıb

2012-ci ildə 3,3 milyon nərəkimilər və 800 min ədəd qızıl balıq suya buraxılıb.

· Xəbərçi
Balıq artırılmasına 1,9 milyon manat ayrılıb
2012-ci ildə ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 1 971 min manat və ya 2011-ci illə müqayisədə 189 min manat çox vəsait sərf olunub. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, onun 68 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 32 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 366,3 milyon ədəd balıq körpələrinin 356,7 milyon ədədi çəkikimilərin, 5,5 milyon ədədi bitki ilə qidalanan balıqların, 3,3 milyon ədədi nərəkimilərin və 0,8 milyon ədədi isə qızıl balıqların payına düşüb.

Şərhlər